Belçika - İngiltərə oyununda 44 illik seriya qırılıb


İdman 15 İyl 2018 11:30:00 278 0

Belçika - İngiltərə oyununda 44 illik seriya qırılıb

Belçika millisi dünya çempionatında bürünc medallar uğrunda oyunda İngiltərəyə 2:0 hesabı ilə qalib gəlib. Goal.az xəbər verir ki, bununla da mundiallar tarixində 44 illik seriya qırılıb. DÇ-1974-dən sonra ilk dəfə üçüncü yer uğrunda görüşdə 3-dən az qol vurulub. 44 il əvvəl Polşa Braziliyanı 1:0 hesabı ilə məğlub etməklə bürünc medallara yiyələnmişdi. Ümumilikdə mundiallar tarixində buna qədər yalnız 3 dəfə - 1962, 1970, 1974-cü illərdə - bürünc medal uğrunda matçda 3-dən az qol vurulmuşdu.