Ermənistanın kəşfiyyatdiversiya qrupunun təxribatının qarşısı alındı Əsir götürülən var


Digərləri 15 İyl 2018 11:07:00 252 0

Ermənistanın kəşfiyyatdiversiya qrupunun təxribatının qarşısı alındı  Əsir götürülən var

İyulun 15-i səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində düşmənin kəşfiyyat-diversiya qrupu qoşunların təmas xəttini keçməyə cəhd göstərib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində düşmənin təxribat cəhdinin qarşısı alınıb və itkilər verərək geri çəkilməyə məcbur edilən qrupun bir üzvü əsir götürülüb.

Özünün bildirdiyinə görə o, 1984-cü il təvəllüdlü Karen Kazaryandır.

Hadisə zamanı Azərbaycan Ordusunun bölmələri itki verməyib.