Oğurluğa gedən şəxs ev sahibinə xəsarət yetirdi


Digərləri 15 İyl 2018 10:15:00 288 0

Oğurluğa gedən şəxs ev sahibinə xəsarət yetirdi

Goranboy rayonunda evə oğurluğa gedən şəxs bıçaqla qadına xəsarət yetirib.

Son.az report.az-a istinadən bildirir ki, hadisə rayonun Dəliməmmədli şəhərində olub. 

Belə ki, Tofiq Əkbəri küçəsi ev 35 ünvanına oğurluq məqsədi ilə gələn şəxsin qarşısına həmin evdə yaşayan, 27 yaşlı Cəfərova Ramilə İlqar qızı çıxıb. Bu zaman oğurluğa gələn şəxs qorxutmaq məqsədi ilə qadının boğazına və üzünə bıçaqla xəsarət yetirib. Yaxınlarının bildirdiyinə görə, həmin şəxs daha sonra oradan uzaqlaşıb.