Sumqayıtda yaşlı kişi xəstəxananın 2-ci mərtəbəsindən yıxılaraq ölüb


Sosial 15 İyl 2018 09:39:14 289 0

Sumqayıtda yaşlı kişi xəstəxananın 2-ci mərtəbəsindən yıxılaraq ölüb

Hadisə Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserində baş verib

Sumqayıt şəhərində yaşlı kişi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

"Report"un yerli bürosunun məlumatına görə, 1963-cü il təvəllüdlü Ədalət Həbibov ehtiyatsızlıq nəticəsində müalicə aldığı Sumqayıt şəhər Ruhi Əsəb Xəstəlikləri Dispanserinin ikinci mərtəbəsindən yıxılaraq ağır kəllə-beyin travması alıb.

Onun yıxıldığını görən şəxslər dərhal nəzarətçi həkimlərə xəbər veriblər. Yaralı ağır vəziyyətdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, kişi orada dünyasını dəyişib. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.