Çaylarda suyun səviyyəsi dəyişdi


Digərləri 15 İyl 2018 09:00:00 246 0

Çaylarda suyun səviyyəsi dəyişdi

Çaylarda son günlər üzrə sululuq səviyyəsi dəyişib.

Bakı. Çaylarda son günlər üzrə sululuq səviyyəsi dəyişib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumatda qeyd olunub. Məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-90, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara çaylarında 30-55, Naxçıvan MR çaylarında isə 5 faizini təşkil edib. Tranzit çaylarda vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 110 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 108 m3/s olmaqla ongünlük normanın 52 faizini təşkil edib.