Çində 100 mindən çox sakin daşqınlar səbəbindən təxliyə edilib


Dünya 15 İyl 2018 08:29:00 240 0

Çində 100 mindən çox sakin daşqınlar səbəbindən təxliyə edilib

Çinin Çuntsin şəhərinin 100 mindən çox sakini daşqınlar səbəbindən daha təhlükəsiz yerlərə təxliyə edilib.

Son.az Trend-ə istinadən bildirir ki, Yantszı və Tszyalintszyan çaylarında suyun səviyyəsi 3,78 metr və 5,92 metrə çatıb. Çaylarda suyun səviyyəsinin artmasına bir neçə gündür davam edən leysan yağışları səbəb olub.

Bundan əlavə, yağışlar regionda 2012-ci ildən bəri ən güclü daşqına gətirib çıxarıb.