Bakıda gənc oğlan söyüş üstündə mübahisə zamanı bıçaqlanıb


Sosial 15 İyl 2018 06:48:00 248 0

Bakıda gənc oğlan söyüş üstündə mübahisə zamanı bıçaqlanıb

Yaralı orta ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Binəqədi rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

"Report"un xəbərinə görə, hadisə Sulutəpə qəsəbəsində baş verib.

Belə ki, 1996-ci Rəvan Qasımov yaşadığı evin yaxınlığında küçədə yüksək səslə söyüldüyünə görə tanımadığı şəxslə mübahisə edib. Mübahisə zamanı o bədənin müxtəlif nahiyələrindən bıçaqlanıb.

Yaralı orta ağır vəziyyətdə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.