Xarici gözəllik gəldigedərdi, ağıl və istedad isə daimidir FOTO


Kriminal 15 İyl 2018 05:30:00 381 0

Xarici gözəllik gəldigedərdi, ağıl və istedad isə daimidir  FOTO

Günel Məmmədova: "Ən sağlam arıqlamaq idman və rəqslə arıqlamaqdır" 

Son.az kaspi.az-a istinadən müsahibəni təqdim edir.

Səhnə teatr, kino gözəllik tələb edir. Tamaşaçı teatra səhnədəki gözəlliyi seyr etməyə gəlir - deyə düşünsək də, Gənc Tamaşaçılar Teatrının aktrisası, teatrımızın sarışını Günel Məmmədova bu fikirlərlə heç də razı deyil. Qəzetimizin "Məşhurların gözəllik sirləri" rubrikası üçün danışan aktrisa deyir ki, səhnə gözəllik deyil, istedad tələb edir. Bəzən insanlar bunu səhv salırlar. Tamaşaçını səhnədə baş verənlərə inandıra bilmədikdən sonra o gözəllik heç bir işə yaramır. "Sarı gəlin" tamaşasındakı obrazı ilə səhnəmizin sarışını, zaman-zaman sarı gəlini də adlandırılan aktrisa bizimlə söhbətində onu fit və hər zaman formada saxlayan səbəblərdən danışdı. Deyir ki, formada qalmaq üçün heç bir dietadan istifadə etmir:     - Formada qalmaq üçün dietanın tamamilə əleyhinəyəm. Çünki özünü yeməkdən nə qədər kənarlaşdırsan da, dietan bitdikdən sonra həmin çəkini yenidən alırsan. Mən öz formamı idman və rəqslə qoruyub saxlayıram. Uşaqlıqdan bu günə qədər rəqslə məşğulam. Elə vaxtlar olub ki, çəkilişlərim çox olduğu üçün idmana gedə bilməmişəm və yaxud həmin gün rəqslə məşğul olmağa zaman tapmamışam. Günün sonunda idmanımı gec də olsa evdə etmişəm. Ən sağlam arıqlamaq idman və rəqslə arıqlamaqdır. Ancaq hazırda xanımlarımız üstünlük verdikləri dieta ilə arıqlaya bilsələr də, bu üsulla öz formalarını itirirlər. İdmanla məşğul olduqda isə fit, mükəmməl bədən quruluşuna sahib olmuş olurlar. Məhz bu səbəbdən hər zaman formada qalıram və heç bir piylənmə, kökəlmə ilə rastlaşmıram.    - Səhnə gözəllik tələb edir. Bu gözəlliyi qorumaqsa heç də asan məsələ deyil.   - "Səhnə gözəllik tələb edir" - deyirlər, ancaq mənə görə, səhnə ilk növbədə istedad tələb edir. Gözəllik isə gəldi-gedərdi. Gözəllik qalıcı bir şey deyil ki, onu hər nüansda göz önünə gətirsinlər. Müəyyən yaşdan sonra xarici görünüş xanımlarımızı tərk edir. Ancaq ağıl, istedad heç vaxt insanı tərk etmir. Bunun üçün bacardıqca çalışmaq, öyrənmək, öyrəndikcə də bunu təcrübəyə çevirib, öz üzərilərində sınamalıdırlar. Allahın işidir, sabahın nə gətirəcəyini və gözəlliyin əlində olub-olmayacağını demək çətindir. Bunun üçün daxili gözəlliyin və istedadın olması daha münasibdir.    - Səhnəyə çıxan aktrisalar bəzi zamanlarda üzlərinin və saçlarının parıldaması üçün müxtəlif maskalardan və parıldadıcı vasitələrdən istifadə edirlər.   - Mən nə üzümə, nə də saçıma maska qoyuram. Hazırda saçlarım dəhşətli dərəcədə tökülür. Seriallarda və filmlərdə saçlarımı müxtəlif formalara saldıqları üçün isti fenlər onu qurudur və cansız hala salır. Bu da elə bir məsələdir ki, ondan qaçış yoxdur. O ki qaldı maskalara, bu  məsələlərdə çox tənbələm. İndi-indi başlamışam maskalardan istifadə etməyə. Ola bilsin 35 yaşdan sonra hansısa maskalardan istifadə etdim. Dəri quruluşum uşaq dərisinə bənzədiyi üçün üzüm kosmetika qəbul etmir. Bəzən səhnəyə çıxanda belə kosmetikadan istifadə etmirəm. Çünki dərim çox həssasdır və bir çox kosmetikaların tərkibindəki maddələri qəbul etməyib allergiya verir. Eləcə də maskalar. Ola bilər ki, 35 yaşdan sonra hansısa kosmetoloqun yanına gedib, məsləhət ala bilərəm. Amma indi üzümə heç bir maska vurmuram. Çalışıram ki, makiyajdan az istifadə edim. Adi günlərdə makiyajdan istifadə etmirəm. Bunun görə də hələ ki maskalara ehtiyacım yoxdur. 35 yaşdan sonra baxarıq. Eləcə də botoksun, sifətdə nəyisə doldurmağın tamamilə əleyhinəyəm.   - "35-dən sonra" sözünü çox işlədirsiniz. Yoxsa qocalmaqdan qorxursunuz?


Xəbərə aid fotolar