Papa John´sun təsisçisi istefa edib


Digərləri 14 İyl 2018 23:35:00 332 0

Papa John´sun təsisçisi istefa edib

John Şnatter Papa John pizzaçılar şəbəkəsinin idarə heyətindən ayrıldı.

Daha əvvəl Papa Johns-un sponsorluğunda olan MFL  şirkətini əhatə edən siyası bir skandal səbəbiylə, gündəlik rəhbərlikdən ayrılmağa məcbur qalmışdı. Pizza şəbəkəsinin veb saytında qeyd edilir ki, Papa Johns-un qurucusu John Şnatter şirkətin idarə heyətinin sədri vəzifəsindən istefa edib. Onun istefası şirkətin müstəqil direktorları tərəfindən qəbul edilib.

Son.az bizplus.az-a istinadən bildirir ki, önümüzdəki  günlərdə Papa John´s-a yeni sədr təyin ediləcək" .

Şəbəkənin birbaşa idarə edilməsindən uzaqlaşaraq, 2017-ci ilin dekabr ayında Şnatter şirkətin icraçı direktor vəzifəsini tərk edib.

Şnatter, ABŞ-ın Milli Futbol Liqasının(MFL) futbolçularının oyun əsnasında davranışılarından siyasi skandalın içinə düşməsi  səbəbindən şirkətin rəhbərliyindən geri çəkilib.

"San-Fransisko Forti Nayners" klubunun ardınca, oyunçuların çoxu Donald Trampın siyasi baxışı və polislərə zorakılığa qarşı etiraz aksiyası keçirərək, oyundan əvvəl ABŞ-ın Himnin dinləməkdə imtina ediblər, əvəzində isə  dizlərini əyərək etirazlarını göstəriblər.