Ana siqaret çəkərkən beşiyi yandırdı


Digərləri 14 İyl 2018 23:22:00 305 0

Ana siqaret çəkərkən beşiyi yandırdı

Rusiyanın Tambov şəhərində ananın çəkdiyi siqaret 2 aylıq uşağın beşiyini yandırıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, körpə bədəninin 12 faiz yanığı ilə xəstəxanaya yerləşdirilib.

Qeyd olunur ki, 19 yaşlı ana söndürülməmiş siqaretlə beşiyə yaxınlaşıb. Nəticədə siqaretin külü beşiyə düşüb və yanğın başlayıb.

Uşağın vəziyyəti orta ağır olaraq dəyərləndirilir. Hadisə ilə bağlı araşdırma başlayıb.