Yumurtalıq xərçəngi olmuş qadınlar ana ola bilərmi?


Digərləri 14 İyl 2018 23:25:00 379 0

Yumurtalıq xərçəngi olmuş qadınlar ana ola bilərmi?

Qadınların qorxulu kabusu olan yumurtalıqların şişi gəncləşən xəstəliklərdəndir. 5-10 il əvvəl yumurtalıqların xərçəngindən əməliyyat olunan qadınların ana olma şansı da itirilirdi. Lakin indi tibbi onkologiya inkişaf edib və uşaqlıq, yumurtalıq xərçənginə tutulmuş gənc, subay və ya evli xanımların ana olmaq istəyi nəzərə alına bilər.

Son.az medicina.az-a istinadən bildirir ki, türkiyəli professor, ginekoloq-onkoloq-cərrah Eralp Başer yumurtalıq xərçəngində yeni metodlardan danışdı:

" Əgər gənc qadında yumurtalıqların birində şiş varsa, hətta metastaz olsa belə, əməliyyat edib hər şeyi təmizləyib, bir yumurtanı alıb, digərini saxlayırıq. Sonra kimyaterapiya veririk. Digər yumurtalıqdan hamilə qala bilər.  Uşaqlıq xərçəngində  isə kimyaterapiya və yüksək doz hormonal müalicə ilə şişin yayılmasının qarşısını ala bilirik.