Yol polisi teztez saxlayır, cərimələr gəlir?


Digərləri 14 İyl 2018 22:55:00 250 0

Yol polisi teztez saxlayır, cərimələr gəlir?

Deyəcəksiniz ki, yol polisi, qayda pozuntusu, radara düşmə və cərimənin qaraciyərə nə dəxli? Amma var imiş. Elmi tədqiqatlar sübut edib ki, qaraciyərin vəziyyəti sürücüyə və onun avtomobili idarə etməsinə təsir edir.

Son.az medicina.az-a istinadən bildirir ki, Rusiyanın baş hepatoloqu Pavel Boqomolovun rəhbərliyi ilə aparılan tədqiqatda sübut olunub ki, qaraciyərin fəaliyyətinin pisləşməsi, yüklənməsi avtomobil idarə olunmasına mənfi təsir edir. Bu özünü diqqətin azalmasında, yorğunluq və sürətin vaxtında azaldılmasına gecikmiş reaksiya ilə göstərir, qəza şəraiti yaradır.

Qaraciyər toksinlərlə zəhərləndikdə qana ammiak adlı toksin keçir ki, bu da insanda yuxusuzluq, zəiflik, diqqətsizlik yaradır.

Yeni araşdırmada 20-45 yaş arası 60 kişi sürücü iştirak edib. Onlar daha çox yol qaydaları pozub cərimə alanlar idi.

Onların hər birinin qaraciyəri yoxlandı, qan analizləri alındı. 70% iştitakçılarda qaraciyərin ilkin mərhələdə olan xəstəlikləri aşkar olundu, hansı ki, heç bir simptom vermirdi. Qanda isə ammiakın miqdarı çox idi. Qanda yüksək dozada toksik maddənin olması sürücülərin sinir sisteminə mənfi təsir edir.