Bir neçə vitaminin birləşdiyi vitamin kompleksləri və inyeksiyaları təhlükəlidir


Digərləri 14 İyl 2018 22:40:00 516 0

Bir neçə vitaminin birləşdiyi vitamin kompleksləri və inyeksiyaları təhlükəlidir

Son zamanlar həkimlər arasında vitaminlərlə bağlı fikir ayrılıqları hökm sürür. Yeni nəsil həkimlər vitaminlərin qəbulunun mənasız olduğunu bildirir. Köhnə nəsil həkimlər isə bir sistemdə B qrup vitamini, C vitamini qatıb venadaxilinə təyin etməyə davam edirlər. Hazırda apteklərdə B qrup vitaminlərin birlikdə yer aldığı hazır tabletlər və inyeksiyalar çox satılır.

Son.az medicina.az-a istinadən bildirir ki, Azərbaycan Tibb Jurnalının baş redaktor müavini Fuad İslamzadədən bu barədə danışıb.  Məlum olub ki, hər rekıam olunan vitaminə, xüsusən bir neçə vitaminin bir prepatda olmasına inanmaq böyük səhvlərə səbəb ola bilər. "Vitaminlərin ayrılıqda təsiri haqqında son zamanlar deyilən fikirlərin  çoxu ədalətsizdir. Hər bir vitaminin insan orqanizminə müsbət təsiri ola bilər. Amma ayrılıqda istifadə olunsa. Çoxlu vitamininin birgə, eyni vaxtda qəbulu, xüsusən apteklərdə satılan qarışıq vitamin inyeksiyalarının tətbiqi düzgün deyil. Kokarnit adlı preparatı buna missal göstərmək olar. Allergiyaya meyilli insanlarda bu dərman arzuolunmaz reaksiyalara səbəb ola bilər. Halbuki bu preparat reklam olunur, həkimlər də yazır. Tərkibinə daxil olan tək-tək vitaminlərin birlikdə qiyməti daha ucuz başa gəlir."  

Bəs niyə həkimlər bu incəlikləri nəzərə almır sualına ekspertimiz belə cavab verdi:

"Həkimlər çox zaman dərman haqqında mətbuatda, infomasiya mənbələrində və preparatın təlimatında verilən məlumata inanırlar. Sonra mənfi təsir olduqda, günahı həkimin ayağına yazırlar.

İndi bəyənilməyən Sovet təbabəti B 2 və B12 vitaminlərinin həm birlikdə, həm də digər qrup vitaminlərlə qarışdırılıb inyeksiya edilməsini haqlı olaraq qadağan etmişdi. İndi isə dərman firmaları belə qarışıq vitaminləri xarici ölkələrdən gətirib, aptek şəbəkəsində maya dəyərindən qat-qat baha qiymətə satdırırlar.