Həzrət Musanın (ə) həyat yoldaşının peşmançılığı


Digərləri 14 İyl 2018 22:45:00 341 0

Həzrət Musanın (ə) həyat yoldaşının peşmançılığı

İnsanların əksər hissəsi aqibətlərinin xeyirli olmasını istəyərlər. Ancaq bəzən elə bəyənilməyən işlər görərlər ki, aqibətlərini xeyirlə xətm etməz.

Bu cür insanlardan biri də həm peyğəmbərin həyat yoldaşı və həm də peyğəmbər övladı olan Səfura idi.

Quran buyurur: "O zaman o, (Mədyəndən Misirə gedəndə Tuva səhrasının yaxınlığında yolu itirdiyi vaxt) bir od görmüş və ailəsinə demişdi: "Siz dayanın. Mən həqiqətən bir od gördüm. Bəlkə ondan sizə bir şölə gətirdim və ya odun başında yol göstərən tapdım"". ("Taha" 10).

Son.az deyerler.org-a istinadən bildirir ki, bu ayədə Həzrət Musanın (ə) həyat yoldaşı Səfuraya işarə edilmişdir. Bu, o halda olmuşdu ki, Həzrət Musa (ə) ailəsi və heyvan sürüsü ilə birlikdə Şuəybin evini tərk edir və Misir üçün yola düzəlir. Yolda istiqaməti itirir və azır. Çoz qaranlıq və zülmətli bir gecə idi.

Qoyunlar səhrada dağılmağa başlayır. Od qalamaq istəyir, ancaq odu yandıra bilmir. Bu zaman hamilə xanımının sancıları tutur.