Çayxanalarda oturan kişilərin səhhətinə təhlükə


Digərləri 14 İyl 2018 21:55:00 247 0

Çayxanalarda oturan kişilərin səhhətinə təhlükə

Siqaret çəkmək birmənalı olaraq insan sağlamlığı üçün ən zərərli vərdişlərdən biridir. Bunu hər kəs bilir. Amma siqareti çayla birlikdə içmək bu zərəri iki qat artırır.   Hətta qida borusu xərçənginə kimi qorxulu xəstəliklə nəticələnə bilər. Bu haqda Türkiyənin daxili xəstəliklər üzrə mütəxəssisi, qastroentroloq Yüksel Gümürdülü xəbərdarlıq edib.

Kişilərdə daha çox görülən bu xəstəlik onların daha çox çay, isti içki, spirtli içki və siqaret çəkməsi ilə bağlıdır.

Son.az medicina.az-a istinadən bildirir ki, hər gün çayxanalarda vaxt keçirib, isti çayla siqareti eyni vaxtda qəbul edən insanın qida borusu, qırtlaq və udlaq toxumaları zədələnir.