Bir gün Tramp kimi yaşadı və az qala ölmüşdü


Digərləri 14 İyl 2018 21:56:00 219 0

Bir gün Tramp kimi yaşadı və az qala ölmüşdü

Son.az oxu.az-a istinadən VICE US portalında yayımlanmış məqaləni təqdim edir

Günün əksər vaxtı mənim ağlımda Elton Conun "Rocket Man" mahnısı səslənirdi, 3 günün tamamında isə beynimin lampaları yanmağa başladı. Mən səhər saat 5:45-dən bəri yatmırdım, "Foks və dostları" filminə baxırdım, reklamlar vaxtı "Səhər Cosu" verilişinə çevirirdim, gün ərzində 4-cü dietik içkini və "McDonald's"dan aldığım yeməyi qəbul etdiyim zaman düşündüm ki, insan necə belə yaşaya bilər.

Mən Donlad Tramp kimi Nyu-Yorkun içki içməyən sakinlərindən biriyəm, "McDonald's"ın təklif etdiyi qidaları çox sevirəm, eyni zamanda "Twitter" ilə əlaqələr qurmağın tərəfdarıyam. "New York Times"da onun həyatı ilə bağlı yazı çıxan zaman düşündüm ki, ya mən özümü onun beyninə salmalıyam və ya onun kimi olmalıyam.

Ancaq tezliklə anladım ki, bizim aramızda çoxlu fərqlər var. İlk növbədə, mən liberalam və feyk xəbərlərin izləyicisiyəm, 2016-cı ildə baş tutan seçkilərdə birinci yəhudi kommunistə, daha sonra isə ifritə Hillariyə səs verdim. Bundan başqa, mən Trampdan fərqli olaraq, yuxudan tez oyanmağı xoşlamıram. Hesab edirəm ki, gündəlik 8 saatlıq yuxu mənim psixoloji sağlamlığım üçün çox vacibdir. Ancaq Tramp olmaq sağlamlığımla vidalaşmaq demək deyil. 

"Times" qəzeti onun səhər proqramı ilə bağlı bunları yazır:

"O, xəbərlərə qulaq asmaq üçün CNN telekanalını açır, daha sonra rahatlaşmaq və yeni ideyalar üçün "Foks və dostları" filminə baxır, bəzən isə MSNBC telekanalına yayımlanan "Səhər Cosu" verilişini izləyir ki, gün ərzində onu enerji ilə doldurur. Həyəcanlı və qəzəbli Tramp mobil telefonunu götürür və tvitlər yazır". 

Bir başqa reportajda bildirilib ki, Trampın xalatlara qarşı xüsusi sevgisi var. Mən də xalat geyindim və ona öyrəşməyə çalışdım. 

Son olaraq, məni səhər tezdən oyanmaq narahat edirdi. Məni baxmaq istəmədiyim teleproqramlar qəzəbləndirirdi. Tramp stressli və əsəbi olanda nə edir? Tvitlər yazır. Mən də buna çalışdım: 

Bunlarla yanaşı Tramp diektik içki içməyi və televizora baxmağı çox sevir. Hətta o, iclaslar zamanı televizoru söndürmür və səssizə alır. O, köməkçilərindən "Twitter"də ona dəstək verməsini istəyib. Tramp gün ərzində qrafik və siyasi məsələlərlə bağlı Ağ evin aparat rəhbəri Con Kelliyə azı 12 dəfə zəng edir. 

Mənim köməkçilərim və aparat rəhbərim olmadığı üçün bunu başqa şeylə əvəzləməyə çalışdım. İlk vəzifəm "Twitter"də fəallıq göstərmək idi. Bundan başqa, mən Trampın ən çox dinlədiyi musiqilərin siyahısını hazırladım. Bunlar Elton Conun "Rocket Man" və "TwistedSister" qrupunun "We're Not Gonna Take It" mahnılarıdır. 

Başa düşdüm ki, özümü Tramp kimi hiss etmək üçün oxucularımın məndən inciyə biləcəyi fikirləri tvitlərimdə yazmalıyam. Donald Tramp olmaq heç vaxt işləmək, hər zaman müqavimət göstərmək və özünü hücumçu kimi təqdim etmək deməkdir. Buna görə mən əvvəlcə mənimlə razı olmayan tvitlərə cavab verdim, doğru söz deyəndə mənə heç kim qəzəblənmirdi. Feyk xəbərlər!