Azərbaycanda insanlar ən çox hansı səbəbdən ölür?


Digərləri 14 İyl 2018 21:40:00 327 0

Azərbaycanda insanlar ən çox hansı səbəbdən ölür?

Ümumdünya Səhiyyə Təşkilatının 2017-ci ilin yekunlarına görə dərc etdirdiyi bülletendə dünya əhalisinin ölümünə səbəb olan 10 əsas faktor göstərilib.

Birinci yerdə ürəyin işemik xəstəliyi, ikinci yerdə insult, üçüncü yerdə tənəffüs yollarının respirator infeksiyaları durur. Əsrin bəlası olan xərçəng 5-ci yerdədir. 6-cı yerdə getdikcə yayılan diabet. Siyahının sonuncu yerini yol qəzaları tutub. Hansı ki, hər il yüzminlələ insanın həyatına son qoyur.   Son.az media.az-a istinadən xəbər verir ki, həkim terapevt Bəyaz Əlyeva bu günkü gün Azərbaycan vətəndaşlarının ölümünə daha çox ürək-damar xəstəliklərinin səbəb olduğunu bildirib.

" Ölkədə ölüm hallarının 80%-i qeyri-infeksion xəstəliklər səbəbindən baş verir: ürək infarktı, insult 50% insanların ölüm səbəbidir. İkinci yerdə bizdə - onkoloji xəstəliklər durur, 11%.