Qərbdə müdiri buna görə məhkəməyə verib, cəzalandırırlar


Digərləri 14 İyl 2018 21:50:00 256 0

Qərbdə müdiri buna görə məhkəməyə verib, cəzalandırırlar

İnsanın ələ salınması, psixoloji əzab, əhəmiyyətsiz iş tapşırıqları vermək, işdə daim tənqid olunmaq, işdə intriqa, hörmətsizlik, şantaj...

Dünyada bir çox nevroloji, psixi və daxili xəstəliklərin səbəbi olaraq mənəvi zərər verən amillər araşdırılır. Müasir insan isə vaxtının çox hissəsini iş yerində keçirir, enerjisini işdə sərf edir. Məhz bu səbəbdən iş yerindəki təzyiqlərin insan orqanizminə təsiri Avropada araşdırma mövzusuna çevrilib.

Son.az medicina.az-a istinadən bildirir ki, buna MOBBİNQ deyilir. Mobbinq anlayışı bizim üçün yeni ola bilər, hətta bu termin bizə tanış gəlməyə bilər. Amma Avropada məşhurdur.

İş yerində, təhsil aldığı məktəb, universitetdə  insanın ələ salınması, psixoloji əzaba məruz qalması, əhəmiyyətsiz iş tapşırıqları alması, işdə daim tənqid olunması, intriqa, hörmətsizlik, şantaj, şüurlu şəkildə yükləmə, haqsız yerə günahlandırılması Mobbinq adlanır.     Mobbinq insanın orqanizmini psixoemosional zəhərlərlə doldurur, bu da insanda müxtəlif xəstəliklər yaradır.

Bir işçinin rəhbər və ya iş yoldaşları tərəfindən təcrid olunması, məqsədli şəkildə müəssisədən getməsinə hazırlıq görülmsəi, izolyasiya olunması onu çıxılmaz vəziyyətdə qoyur. Bir neçə Avropa ölkəsində artıq həmkarlar ittifaqı və sosial qurumlar işçinin Mobbinqə uğradığı barədə şikayətləri qəbul edir, araşdırır və sübut olunarsa, həmin insana qarşı Mobbinq yaratmış rəhbər və ya fərd cəzalandırılır.