Günahla necə mübarizə aparaq?


Digərləri 14 İyl 2018 21:10:00 255 0

Günahla necə mübarizə aparaq?

Əgər günahla mübarizə aparmaq istəyiriksə, nə etməliyik?

1. Əgər günahla mübarizə aparmaq istəyiriksə, ilk növbədə imana və düzgün etiqada malik olmalıyıq. Çünki imanı olmayan insanın günahla mübarizə aparmağa gücü çatmaz. Ona görə də dinimiz imana xüsusi diqqət göstərən bir dindir. Son.az deyerler.org-a istinadən bildirir ki, günahla mübarizə aparmaq üçün ilk olaraq imanı gücləndirmək və günahın nə qədər çirkin bir əməl olduğu ilə tanış olmaq lazımdır. İmanı gücləndirəmək üçün isə saleh əməllər yerinə yetirmək lazımdır.

2. İslam dini cəmiyyət mühitini pak saxlamaq üçün heç kəsə icazə vermir ki, bir başqasının həyatına dəxalət etsin. Əgər günahından xəbərdar olarsa, onu aşkar etməsin. Həmin şəxsə xəlvət yerdə nəsihət verib doğru yolu göstərsin.