Texniki baxışdan keçməyənlər elektron qaydada cərimələnəcək VİDEO


Digərləri 14 İyl 2018 21:13:00 277 0

Texniki baxışdan keçməyənlər elektron qaydada cərimələnəcək  VİDEO

Avtomobilini texniki baxışdan keçirməyən sürücü radarlar vasitəsilə elektron qaydada cərimələnə biləcək. Bunun üçün qanuna təklif edilən dəyişiklik artıq Milli Məclisin sonuncu plenar iclasında qəbul edilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu həm də o deməkdir ki, əgər həmin avtomobil idarə edilmirsə, sürücü cərimlənməyəcək. Hazırda qüvvədə olan qanuna əsasən, avtomobillər tip və istehsal ölkələrinə görə ilin müxtəlif aylarında texniki baxışdan keçməli idilərsə,yol hərəkəti haqqında qanuna edilən dəyişikliklə artıq belə bir müddət bölgüsü olmayacaq.

Bundan əlavə, hazırda qüvvədə olan qanuna görə, texniki baxışdan keçməməyə görə fiziki, hüquqi və vəzifəli şəxs barəsində ayrı-ayrı cərimə məbləği təyin edilirdisə, yeniliyə əsasən, bu xətaya görə təkcə sürücü, o da 50 manat məbləğində cərimələcək. Bütün bu dəyişikliklər prezident tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.


Xəbərə aid video