Qəzəblənən insana qarşı necə rəftar etməli?


Digərləri 14 İyl 2018 21:20:00 303 0

Qəzəblənən insana qarşı necə rəftar etməli?

Dünyanın tanınmış filosofu Aristotel hüzur və rahatlıq hissi haqqında deyir: "O kəslərin qarşısında rahatlıq tapırıq ki, bizə etdikləri təhqirə görə üzr istəyirlər və ondan peşman olurlar. Onlar peşman olan zaman öz rəftarlarına görə əziyyət çəkirlər. Biz də bunu onların rəftarında görən zaman qəzəbimizi yatızdırırıq.

Hüzur - qəzəbin əksidir. Biz o zaman başqa birinə qəzəblənirik ki, o bizi təhqir edir. Əgər bunu iradəvi edibdirsə və üzr istəyirsə, o zaman sakitləşir və hüzur tapırıq. Ancaq əgər qeyri-iradəvi edirsə, buna görə onu günahlandırmaq olmaz, çünki heç özü də öz rəftarının necəliyindən xəbərdar deyildir. Yəni, həmin rəftarı özündən asılı olmadan başqaları ilə də edir.

Son.az deyerler.org-a istinadən bildirir ki, biz adətən o kəsləri cəzalandırmaq istəyirik ki, etdikləri təhqiri boyunlarına almırlar və ona görə peşman olmurlar. Ancaq o kəslər ki, üzr istəyir və peşman olduqlarını bildirirlər, onlara qarşı istər-istəməz mülayim olur və qəzəbimizi yatızdırırıq.

Bütün bu deyilənlərin səbəbi budur ki, bədihiyyatı inkar etmək - həyadan uzaq olmaqdır. Həyadan uzaq olmaq isə təhqirdən başqa bir şey deyildir.

Ona görə də həqiqət budur ki, qəzəblənən insanın qarşısında təvazökarlıq göstərmək -  onun hüzur və rahatlıq tapmasına səbəb olar.