İnsanın qatili öz boynudur Təzyiq xəstələrini


Digərləri 14 İyl 2018 21:05:00 329 0

İnsanın qatili öz boynudur  Təzyiq xəstələrini

Dünyada insan ölümünə səbəb olan ürək-beyin qan -damar pozğunluqları, yüksək təzyiq, ostexondroz bəşəriyyət üçün onkologiyadan da təhlükəlidir.   Boyun, bel onurğa və damarları ilə bağlı 1 saylı Qatil Atlantdır. Atlant boyun fəqərələrinin birincisidir. Bədənlə başı birləşdirən və daha çox hərəkət edən hissədir.

Son.az medicina.az-a istinadən bildirir ki, yaş keçdikcə onurğa sütununun boyun hissəsinin fəqərələri yerini dəyişir, sıxılır və bu da boyundan başa gedən qan damarlarını sıxır, bütün beynin qidalanması pozulur.

Lazımi qədər oksigen almayan beyin ürəyə əmr verərək, onun gücünü artırır və ürək yığılmalarının sayı çoxalır.

Əgər ürək güclü deyilsə, yaşlı adamda yaxşı işləmirsə, o zaman beyin aşağıya - venoz damarlar və kapilyarlara əmr verir. Onlar var gücü ilə sıxılır. Ona görə təzyiqi olan insanların ayaqları həmişə soyuq olur.

Əgər kapilyarlar da sözə baxmırsa, beyin böyrəklərə hücuma keçir: onlara suyu süzməyə imkan vermir ki, sistemdə təzyiqi saxlaya bilsin.

Elə ki, beynin oksigen aclığı artır, qanın biokimyəvi analizi dəyişir, qanda qlükoza artır.

Bütün rezervlər bitəndə isə insult və infarkt baş verir.

Amma əgər vaxtında arteriya və venalara düşən yükü azaltsaz, təzyiq preparatlarsız da düzələcək.