Bakıda lift şaxtaya düşüb: 3 yaralı var VİDEO


Digərləri 14 İyl 2018 21:08:00 329 0

Bakıda lift şaxtaya düşüb: 3 yaralı var  VİDEO

Çoxmərtəbəli yaşayış binasında hərəkətdə olan lift qırılaraq şaxtaya düşüb. Hadisə ötən gün Əhmədli qəsəbəsi, Xudu Məmmədov küçəsi 18 ünvanında baş verib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, xəsarət alan şəxslərə dərhal təcili tibbi yardım göstərilib. Onlar 3 saylı kliniki tibbi mərkəzə yerləşdiriliblər.

Özünü sözügedən binanın liftlərinin təmir xidmətinin əməkdaşı kimi təqdim edən şəxs isə liftdə yaranan nasazlığın səbəbinin sakinlərdə olduğunu deyib. Vaqif Mirzəyev liftin normadan artıq yükləndiyini bildirib.

Binada yaşayan sakinlər isə deyilənlərlə razılaşmır. Onlar liftlərin tez-tez xarab olduğunu vəümumiyyətlə əksərinin işləmədiyinin deyirlər.


Xəbərə aid video