İki marşrut xətti birləşdirilərək "BakuBus"a verildi VİDEO


Digərləri 14 İyl 2018 21:09:00 269 0

İki marşrut xətti birləşdirilərək "BakuBus"a verildi  VİDEO

Sabunçu dairəsindəki dayanacaqların yeri dəyişdirilir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Zabrat şosesinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsində, yerüstü piyada keçidinin yaxınlığındakı ərazidə günün pik saatlarında xeyli tıxac yaranırdı. Buna səbəb kimi də həmin ərazidəki dayanacaqlar, eləcə də orada avtobuslar və digər nəqliyyat vasitələrinin saxlanılması göstərilirdi. Bakı Nəqliyyat Agentliyi tərəfindən problemin aradan qaldırılması üçün layihə hazırlanıb və işlərə başlanılıb. Zabratdan şəhər istiqamətində gedən hissədə, yerüstü piyada keçidindən sonrakı boş ərazidə cib tipli dayanacaq məntəqəsi quraşdırılır. Keçidin altındakıdayanacaq pavilyonu da həmin əraziyə köçürüləcək. Həmin hissədə işlərin 80 faizi yekunlaşıb. Ardınca isə yolun əks tərəfində işlərə başlanılacaq.

İşlərin 1 həftəyə yekunlaşdırılması nəzərdə tutulub. Heydər Əliyev və Babək prospektlərinin Yusif Səfərov küçəsi ilə kəsişməsində, Fəzail Bayramov küçəsindəki yolötürücü qovşağın altında isə hərəkətin təşkili dəyişdirilir. Fəzail Bayramov küçəsində geriyədönmə yeri təşkil edilir ki, bunun sayəsində də sürücülərin Yusif Səfərov küçəsinə çıxışı asanlaşacaq.

Paytaxt nəqliyyatındakı digər dəyişiklik isə 20 və 94 nömrəli müntəzəm marşrut xətləri ilə bağlıdır. Bu marşrut xətləri ilə bağlı müsabiqəyə yekun vurulub. Müsabiqənin nəticələrinə əsasən hər iki marşrut üzrə sərnişindaşıma xidmətləri "BakuBus" MMC tərəfindən həyata keçiriləcək.


Xəbərə aid video