Nəyə görə insan Vitamin Dsiz yaşaya bilməz –


Digərləri 14 İyl 2018 20:50:00 276 0

Nəyə görə insan Vitamin Dsiz yaşaya bilməz –

Vitamin D, D2, D3 insan orqanizminin bütün mübadilələrində iştirak edir. Xüsusən fosfor və kalsiumun mübadiləsi, qəbulu, əzələ və sümüklərin dayanıqlığı, sağlamlığının səbəbkarıdır.

Üstəlik D vitamini sinir sistemi üçün vacibdir. Xərçəng hüceyrələrinin inkişafının qarşısını alır. D vitamin əskikliyi insanı şiş hüceyrələri qarşısında aciz qoyar. Ümumilikdə immun sistemini gücləndirir.

Son.az medicina.az-a istinadən bildirir ki, bu yaxınlarda D vitaminin cinsi fəaliyyətdə də rolunu da aşkarlayıblar. Bu vitamin qadın və kişilərdə libidi artırır. Bu yaxına kimi Günəşdən bol ölkələrin əhalisində D vitamini əskikliyi olmaz deyə düşünürdülər. Lakin bu reallıqda əksini tapmadı. Çünki Günəşli havadan korluq çəkməyən Azərbaycanda əhalinin çoxu, xüsusən uşaqlar D vitamini əskikliyi yaşayır və həkimlər əlavə D vitamini preparatları təyin edirlər. Ona görə bu vitaminin qida ilə qəbuluna da önəm vermək lazımdır. D vitamini yağlı balıq növlərində çoxdur. Treska balığının ciyəri, balıq yağı qəbul etmək lazımdır. Bu da olmasa o zaman həkim təyinatı ilə yüksək dozada hazır D vitamin kapsulları qəbul olunmalıdır.