Qarın ətrafındakı piyi necə əridək?


Digərləri 14 İyl 2018 20:55:00 627 1

Qarın ətrafındakı piyi necə əridək?

Qarın ətrafı piylər genetikdir, yoxsa qeyri-sağlam qidalanmanın nəticəsidir?

İkisi də. Amma genetik mirasınız olmasına rəğmən, qarın ətrafında piylərin olmamasına nail ola bilərsiniz.

Son.az medicina.az-a istinadən bildirir ki, qarında və bel ətrafındakı piylər çox zaman metobolizma problemindən xəbər verir. Bu insanların çoxunda insülinə qarşı mübarizə gücü zəifdir.

Hazırda hər 4 nəfərdən birində bu problem var. Özünü sapsağlam hiss edən gəncdə belə insülinə qarşı mübarizə gücü zəif ola bilər.

O genetik düyməyə tıklasanız insülinlə mübarizə gücü məhv olur, gen aktiv olunur və qarın şişməyə, bel enlənməyə, boyun yoğunlaşmağa, buxaq isə sallanmağa başlayır. Şəkərli və un məmulatlarını yemək, hərəkətsiz, kresloya bağlı vəziyyətdə yaşamaq genetik problemlərə bir növ dəvətnamə göndərmiş olur.

BƏS QARIN PİYLƏTİNİ ƏRİTMƏYİN YOLU VAR?

•Qarın ətrafı piyi sürətlə əridən bir üsul yoxdur. "Bu cihazla 10 seansa qarın ətrafı piylərdən azad olun", "Bu bitki sizi qarın piyindən xilas edəcək" və s. kimi reklamlar hamısı yalandır. •Cihazlar 2 sm-lik piylətə təsir edir ki, bu yağların da insülinə qarşı müqavimət gücünüzlə əlaqəsi yoxdur. •Normal yeniyetmənin orqanizmindəki yağın 80 faizi dəri altında, 20 faizi isə qarnın içindədir. •Dəri altındakı yağı 50 faiz artırsanız, ürəyinizə, damarınıza, ömrünüzə zərər gəlməyəcək, amma ayaqlar şişəcək. Daxili piyin isə 20 faizdən 25 faizə çıxması belə təzyiqi yüksəldir, şəkəri qaldırır.

Qarın ətrafınızdakı piyi ölçmək üçün:

•Ölçünü tam göbəyinizdən qoyun və ölçün. •Qadınlarda 88 sm, kişilərdə isə 98-100 sm-dən artıq olmamalıdır. •Bel ölçünüzü qalçanızın ölçüsünə bölün. •Alınan rəqəm qadınlarda 0,8, kişilərdə isə 1-dən çox olmamalıdır.

QARIN ƏTRAFI PİYİ ƏRİTMƏNİN 3 YOLU!