Azərbaycan Fransa təcrübəsindən istifadə etməkdə maraqlıdır


Digərləri 14 İyl 2018 20:56:00 290 0

Azərbaycan Fransa təcrübəsindən istifadə etməkdə maraqlıdır

Azərbaycan öz ixrac potensialının genişlənməsində Fransa təcrübəsindən istifadə etməkdə maraqlıdır.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbayca xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Fransanın milli bayramı - Bastiliyanın alınması gününə həsr olunmuş tədbirdə deyib.

Nazir müavini qeyd edib ki, Fransa Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub: "İki ölkə arasında əməkdaşlıq diplomatik münasibətlərin yarandığı gündən dinamik inkişaf edib. Düşünürəm ki, əməkdaşlığımızın daha da genişlənməsi üçün böyük potensial var".