Keto pəhrizi Xərçənglə mübarizə üslubu


Digərləri 14 İyl 2018 20:45:00 415 0

Keto pəhrizi  Xərçənglə mübarizə üslubu

Uzun müddətdir xərçəng xəstəlikləri üzərində saysız araşdırma aparan alimlər, yeni yaratdıqları pəhriz ilə birlikdə dərman müalicəsi tətbiq edərək xəstəliyin müalicəsində yeni bir üsul ixtira etməyi bacardılar.

Son.az deyerler.org-a istinadən bildirir ki, yaxın zamanda bir həkim qrupu tərəfindən aparılan araşdırmada, xərçəngi aşağı karbohidratlı yüksək yağlı pəhriz ilə əngəlləyə bilmənin mümkün olduğu isbat edildi. Şişləri öldürmək məqsədilə hazırlanan "PI3K inhibitoru" adlı bir müalicə üsulunun nəticələri, keçən həftə "Nature" adlı jurnalda nəşr olundu. "Keto pəhrizi" ilə birlikdə tətbiq olunan üsulun xərçəngə səbəb olan təsirləri əhəmiyyətli ölçüdə azaltması ortaya çıxdı.