Google brendinin qiyməti 300 mlrd. dolları keçib –


Digərləri 14 İyl 2018 20:35:00 240 0

Google brendinin qiyməti 300 mlrd. dolları keçib –

"Kantar Millward Brown" marketinq agentliyi dünyanın ən bahalı brendlərinin yeni reytinqini tərtib edib.

Son.az ICTnews-a istinadən xəbər verir ki, siyahıda birinci yeri 1 il əvvəl olduğu kimi, 302,1 milyard dollar qiymətləndirilən "Google" brendi tutub.

"Apple" 300,6 milyard dollar qiymətləndirmə ilə ikinci mövqedə qərarlaşıb. Liderlər üçlüyünü il ərzində 1,5 dəfə - 207,6 milyard dollaradək bahalaşan "Amazon" brendi tamamlayıb.