14 həftə qabıqlı çərəzlərdən yedilər


Digərləri 14 İyl 2018 20:40:00 252 0

14 həftə qabıqlı çərəzlərdən yedilər

Dünyada hər 7 cütlükdən biri sonsuzluq problemi yaşayır.

Son.az medicina.az-a istinadən bildirir ki, bu qənaətə ingiltərəli alimlər gəliblər. Onların sözlərinə görə, sonsuzluq problemləri 40-50 faiz hallarda kişilərdən qaynaqlanır.

Qərbdə kişilərin spermasının keyfiyyəti hava çirklənməsi, siqaret və qeyri-sağlam qidalanma səbəbindən aşağı olur. Məhz bu səbəbdən elm adamları onun keyfiyyətini artırma yolları üzərində tədqiqatlar aparırlar.

Son araşdırmada alimlər 18-35 yaş aralığındakı 119 sağlam kişini 2 qrupa ayırıb.

Brinci qrupun yediklərinə hər gün 60 qram qabıqlı halda olan çərəzlərdən (qoz, fındıq, badam, fıstıq, şabalıd və s.) əlavə edilib.