İslamın nəzərində azadlıq nədir?


Digərləri 14 İyl 2018 20:20:00 325 0

İslamın nəzərində azadlıq nədir?

Quranın nəzərinə görə azadlıq nədir? Əvvəl azadlıq sözünü mənalandırmağa çalışaq.

Azadlıq - bir işi yerinə yetirmək və ya tərk etmək üçün yolun açıq olmasıdır. Azadlığın insanlıq ilə sıx əlaqəsi vardır. Çünki azadlıqsözü insana aiddir. Ona görə insan olmadan azadlığa tərif vermək olmaz. İnsanda elə qüdrət vardır ki, başqa məxluqlara hakim ola bilir.

Ancaq eyni zamanda onları qorumaq vəzifəsini də daşıyır.

Bəli, insanın cismi məhduddur və özünəməxsus ehtiyacları vardır. Bu səbəbdən azadlıq haqqında dərindən düşünən zaman dərk edirik ki, azadlıq ruhun istədiyi və meyil etdiyi bir məfhumdur. Yəni, azadlığı istəyən insanın ruhudur, cismi deyil.

Bəs İslam dini ruhun azad olmasına necə baxır?

Allah da bəndələrini azad yaratdığı üçün istəyir ki, heç bir bəndəsi başqa bəndənin qulu və köləsi olmasın. Ancaq Allah bəndəsi olsun.