Haşir və Aqib hansı müqəddəsə işarədir?


Digərləri 14 İyl 2018 20:10:00 245 0

Haşir və Aqib hansı müqəddəsə işarədir?

Nəql edilir ki, yəhudilərin bayramlarının birində Peyğəmbərimiz (s) bir neçə səhabəsi ilə yəhudilərin məbədinə daxil olur. Amma, təəssüf ki, onlar Həzrəti (s) görəndə heç sevinmədilər.

Həzrət (s) onlara buyurdu: "Ey yəhudilər! Mənə 12 nəfər yəhudi göstərin ki, Allahın tək olmasına və Muhəmmədin (s) peyğəmbər olmasına şəhadət versin və bu yolla Allah qəzəbini yəhudilərdən götürsün".

Son.az deyerler.org-a istinadən bildirir ki, onlar çaşqınlıq içində susdular və heç nə demədilər. Peyğəmbərimiz (s) bu sözünü üç dəfə təkrar etdi və hər dəfə də onlar susdular və ağızlarını açmaq istəmədilər.

Bu zaman Həzrət (s) buyurdu: "Siz haqqı gizlətmisiniz. Ancaq Allaha and olsun ki, Haşir və Aqib mənəm (Bunlar, Tövratda adı çəkilən adlardır). İstər mənə iman gətirin, istərsə də inkar edin".

Həzrət Peyğəmbər (s) bu sözləri dedi və məbəddən çıxdı. Bir neçə addım atmamışdı ki, ardınca bir yəhudi gəldi və dedi: "Ya Muhəmməd (s)! Lütfən dayanın!".

Sonra üzünü yəhudilərə tərəf çevirib, dedi: "Məni necə insan kimi tanıyırsınız?".