Auramızı necə müalicə edək Xəstəliklərin bioenergetik səbəbi


Digərləri 14 İyl 2018 20:05:00 354 0

Auramızı necə müalicə edək  Xəstəliklərin bioenergetik səbəbi

İnsan aurası, bioenergetikası fiziki xəstəliklərdən heç də az zərər görmür. Bəzən elə ruhun, aura və bioenergetikanın pozulması insanı səbəbsiz narahatçılıqlara düçar edir.

Son.az medicina.az-a istinadən aura təmizləyici, möhkəmləndirici bəzi efir yağlarının istifadəsi qaydasını və təsirini təqdim edir:

Portağal efir yağı - auranı açır, müsbət informasiyanı qəbul etməyə kömək edir, zəifləmiş aura qatlarını canlandırır, ağır xəstəlikdən sonra azalmış bioenergetik yükü bərpa edir.

Berqamot yağı - işıqlandırır, auranın işığını artırır, yaradıcılığa kömək edir, çətinliklərə sinə gərməyə, problemi daha asan tərəfdən görməyə yardım edir. Vanil çubuğu və ya efir yağı - ailə energetikasına harmoniya verir, evi canlandırır.

Mİxək yağı - auranı möhkəmlədir, özgə kini, paxıllığı və energetik vampirin mənfi təsirindən qoruyur, isterik naturanı dəyişir, xəstəlik və əməliyyatdan sonra travmaları sağaldır.