Rusiyada azərbaycanlı qadının üzünü yandırdılar VİDEO


Dünya 14 İyl 2018 19:27:00 263 0

Rusiyada azərbaycanlı qadının üzünü yandırdılar  VİDEO

Azərbaycan hüquq-mühafizə orqanları 2 il əvvəl rəfiqəsinin üzünü "kislota" ilə yandıran qadını saxlayıblar.

Qadın cinayəti törədəndən sonra Azərbaycana qaçıb. Rəfiqəsinin isə bədəninin 70 faizi yanıb.

Həkimlər zərərçəkənin görmə qabiliyyətini bərpa etməyə çalışırlar. Reabilitasiyadan sonra plastik əməliyyat aparmaq mümkün olacaq. Artıq ittiham edilən şəxs ifadə verib.

Məlum olub ki, Zinaida İskəndərəvoadan ailəsini dağıtdığı üçün intiqam almaq istəyir və onun üzünə sulfat turşusu atır. Zərərçəkmiş isə rəfiqəsinin ailə ola-ola başqası ilə görüşdüyünü bildirir. Əri isə bundan xəbər tutur və onu boşayır. Bununla belə, rəfiqəsi Zinaidanı ərinə məlumat verməkdə ittiham edərək qisas alır.