İlk baxışdan liftin nasazlığını necə təyin etməli? –


Digərləri 14 İyl 2018 18:32:00 233 0

İlk baxışdan liftin nasazlığını necə təyin etməli? –

Son zamanlar Bakıda bir neçə lift qəzası baş verib. Dünən baş verən qəza da bunlardan biridir. Belə ki, iyulun 13-də paytaxtın Məhəmməd Hadi ("Həzi Aslanov" metro stansiyası) küçəsində yerləşən hündürmərtəbəli yaşayış binalarının birində liftin burazı qırılıb. Nəticədə içində 5 uşaq olan liftin kabinası 14-cü mərtəbədən aşağı düşüb.

Son.az oxu.az-a istinadən bildirir ki, bununla bağlı liftlərin istismarı ilə bağlı mütəxxəsis Amid Ağayev sualları cavablayıb:

- Liftin qüsurlu olduğunu necə anlamaq olar?

Mütəxxəsisin fikrincə, bunu aşkar etməyin bir neçə əlaməti var:

- qapılar bağlanmır;

- lift kabinasının döşəməsinin səviyyəsi blokun döşəməsindən 35 millimetr fərqlənərsə;

- küt səslər eşidildikdə;

- hərəkət zamanı təkanlar hiss edildikdə və kabinanın mərtəbədən sürüşməsi müşahidə olunarsa.

Burada sadalananlardan biri varsa, deməli liftin istifadəsində təhlükə yaranıb.