Qeysərin sualına Peyğəmbərimizin sadə izahı


Digərləri 14 İyl 2018 19:10:00 298 0

Qeysərin sualına Peyğəmbərimizin sadə izahı

Yəli ibni Əbi Əmr nəql edir: "Şam şəhərində səfər edən bir qoca kişini gördüm. O, mənə dedi: "Mən Roma padşahı Qeysərin məktubunu çatdıranam. O, Peyğəmbərə (s) bir məktub yazmışdı və mənə vermişdi. Mən də Həzrətə (s) çatdırmaq üçün Mədinə şəhərinə gəldim. Məktubu Peyğəmbərə (s) verdim.

Son.az deyerler.org-a istinadən bildirir ki, Qeysər həmin məktubda yazmışdı: "Sən, ey Peyğəmbər (s)! Məni elə behiştə dəvət edirsən ki, səmadan və yerdən gizlidir. Əgər belədirsə, bəs cəhənnəm haradadır?".

Həzrət Peyğəmbər (s) məktubun cavabında buyurdu: "Sübhənallah! Allah pak və ucadır. O zaman ki, gündüz gələr, bəs gecə hara gedər?"".