Malın üzərinə maya dəyərindən nə qədər artıq pul qoymağa icazə verilir?


Digərləri 14 İyl 2018 19:15:00 365 0

Malın üzərinə maya dəyərindən nə qədər artıq pul qoymağa icazə verilir?

Ticarət zamanı malın üzərinə maya dəyərindən nə qədər artıq pul qoymağa icazə verilir?

Şəriətdə ticarət zamanı malın üzərinə nə qədər pul qoymaq barədə dəqiq göstəriş və konkret hədd nəzərdə tutulmayıb. İslam dini insaf və ədalət dinidir. Müsəlman həm alarkən, həm də satarkən ədalətə, insafa riayət etməlidir. Satıcı satdığı malın üzərinə pul qoyarkən insaflı olmalı, həm öz qazancını, həm də alıcıların vəziyyətini düşünməlidir. Elə məbləğdə pul qoymalıdır ki, mal satılsın və alıcılar da əziyyət çəkməsinlər.