Narkotraffikə qarşı mübarizə tədbirləri nəticəsində 734,4 kiloqram narkotik vasitə götürülüb


Kriminal 14 İyl 2018 19:01:21 274 0

Narkotraffikə qarşı mübarizə tədbirləri nəticəsində 734,4 kiloqram narkotik vasitə götürülüb

Transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə qarşı mübarizə tədbirləri səmərəli olmaqla bu sahədə müəyyən edilmiş 1708, o cümlədən satışı ilə bağlı olan 525 fakt üzrə cinayətkarlardan 734,4 kiloqram narkotik vasitə götürülüb ki, bu da ötən ilin 6 ayı ilə müqayisədə 131 kiloqram çoxdur.

Son.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyində 2018-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında məruzə ilə çıxış edən daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Vilayət Eyvazov bildirib.

V.Eyvazob bildirib: "Xüsusi plan əsasında cari ilin may ayında başlanılmış tədbirlərlə qanunsuz kultivasiya edilən və yabanı halda bitən 78,8 ton çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib".