Manchester City dünya çempionatından ən çox qazanan klub olacaq


İdman 14 İyl 2018 19:00:00 293 0

Manchester City dünya çempionatından ən çox qazanan klub olacaq

Rusiyada keçirilən DÇ-2018-dən ən çox qazanan klublar açıqlanıb. Goal.az xəbər verir ki, rekord Manchester United klubuna məxsusdur.

Futbolçularının mundialda çıxışı kluba 4,41 milyon avro gətirəcək. Bu baxımdan Real-ın qazancı 4,31 milyon avro təşkil edəcək. Chelsea 3-cü pillədə qərarlaşıb – 3,96 milyon avro.

Ümumilikdə isə FİFA futbolçusu DÇ-də iştirak edən klublar arasında 180 milyon avroya yaxın məbləği bölüşdürüb. Oyunçunun mundialda keçirdiyi hər gün üçün klubu təxminən 7230 avro qazanır. Hesablama zamanı futbolçunun meydana çıxıb-çıxmaması nəzərə alınmır. Əgər oyunçu son iki ildə klubunu dəyişibsə, bu komandaların hamısına qazanc düşür.