"Edam günü" filmi beynəlxalq festivalda üçüncü ən yaxşı mükafatı qazandı


Kriminal 14 İyl 2018 18:49:00 313 0

"Edam günü" filmi beynəlxalq festivalda üçüncü ən yaxşı mükafatı qazandı

"Edam Günü" bədii filmi Barselona Film Festivalında iyun ayının 28-də "Ən Yaxşı Danışıq Bədii Film"nə nominasiya olunmuşdu, beləliklə finalda "Ən Yaxşı Danışıq Bədii Film" olmaq uğrunda mübarizəyə qatıldı.13 iyul tarixində isə "Edam Günü" bədii filmi "Ən Yaxşı Danışıq Bədii Film" seçildi.  İkinci filmimiz də uğur qazandı.

Azərbaycanda istehsalı 2016-cı ildən başlayan "Edam günü" tammetrajlı bədi filmi psixoloji  triller janrındadır və bu yaxınlarda postprodakşın mərhələsi yekunlaşıb. Film həm yerli, həm də beynəlxalq auditoriyaya təqdim edilib.

Bu haqda filmin ssenari müəllifi və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib. Ssenari müəllifinin sözlərinə görə, filmə yaxın vaxtlarda geniş tamaşaçı kütləsinin baxmaq imkanı olub.  

"Biz filmin tam fərqli yayım siyasətini qurmağa çalışdıq".

Qeyd edək ki, "Edam günü" psixoloji trillerində hadisələr Sovet dövrünün son illərində həbsxanada cərəyan edir. Müəllif həbsxana mövzusuna iki əks qütbün ziddiyyəti kontekstindən baxaraq orijinal yanaşma təqdim etmiş olur.

Filmdə baş rollarda Rövşən Kərimduxt,  Sabir Məmmədov, Məmməd Əliyev, Nazil Ağalarov, Ramin Şıxəliyev, Soltan Qasımov, Hikmət Məmmədov, Vüqar Qurbanov və digərləri çəkiliblər. Filmin quruluşçu operatoru Mehdi Yaqubovdur. "SPP Production" tərəfindən istehsal edilən ekran əsərinin xronometrajı  95 dəqiqədir.

Beynəlxalq film festivalları, həmçinin beynəlxalq film marketlərinə təqdimat 2018-ci ilin sonlarına qədər davam edəcək. Son bir ayda film 3 beynəlxalq festivalın qalibi oldu: