İtaliya Prezidenti Azərbaycana səfər edəcək


Siyasət 14 İyl 2018 17:40:44 220 0

İtaliya Prezidenti Azərbaycana səfər edəcək

Səfərin məqsədi İtaliya və Azərbaycan arasında iqtisadi və mədəni əməkdaşlığı inkişaf etdirməkdir

İtaliya Prezidenti Sergio Mattarella Azərbaycana dövlət səfəri edəcək.

"Report"un məlumatına görə, S.Mattarella iyulun 17-də axşam Gürcüstana səfərindən sonra Bakıya gələcək.

Səfərin məqsədi İtaliya və Azərbaycan arasında iqtisadi və mədəni əməkdaşlığı inkişaf etdirməkdir.

Səfər çərçivəsindəiyulun 18-də S.Mattarellanın Azərbaycan Prezidentiİlham Əliyevlə görüşü planlaşdırılır. Sergio Mattarella ADA Universitetində mühazirə ilə çıxış edəcək, iyulun 19-da isəİtaliya-Azərbaycan biznes forumunda iştirak edəcək.

Səfər iyulun 19-da başa çatacaq.