Bakıda qəza törədərək hadisə yerindən qaçan sürücü tutulub


Digərləri 14 İyl 2018 17:50:00 207 0

Bakıda qəza törədərək hadisə yerindən qaçan sürücü tutulub

Bakıda qəza törədərək hadisə yerindən qaçan sürücü tutulub.

DİN-dən Son.az-a verilən məlumata görə, "Hyundai" markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Sait Həsənov Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

O, iyulun 12-də saat 1 radələrində Biləcəri qəsəbəsi ərazisində qəsəbə sakini Binnət İsmayılovun xəsarət alması ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinir.