"Pedro-nun gəlişi Astana-nın hücum xəttində rəqabəti artıracaq"


İdman 14 İyl 2018 17:40:00 257 0

"Pedro-nun gəlişi Astana-nın hücum xəttində rəqabəti artıracaq"

Astana-nın prezidenti Sayan Hamitcanov komandanın yeni transferi Pedro Enrike haqda danışıb. Goal.az xəbər verir ki, qazaxıstanlı funksioner onun haqqında xoş fikirlər səsləndirib.

"Pedro bir sıra çempionatlarda oynayıb, təcrübəsi çoxdur. Ötən mövsümü Azərbaycanın "Qarabağ" klubunda keçirib. Pedro “Qarabağ”ın təkcə daxili yarışlarda yox, Çempionlar Liqasının qrup mərhələsində də liderlərindən biri idi. Maraqlıdı ki, Enrike bizim daha öncə müqavilə bağladığımız Riçard Almeyda ilə meydada yaxşı anlaşır. Onun Avropa çempionatlarında 5 mövsüm keçirməsi, avrokuboklarda qrup mərhələsində çıxış etməsi, yüksək ustalıq səviyyəsini əsas meyar götürərək bu transferi etdik. Pedronun gəlişi ilə "Astana"da hücum xəttində rəqabətin artacağına və braziliyalının öz oyunu ilə azarkeşlərimizi sevindirəcəyinə ümid edirik".