İraqda etiraz aksiyaları


Dünya 14 İyl 2018 17:27:00 254 0

İraqda etiraz aksiyaları

Küveytin Hava Yolları Şirkəti ("Kuwаit Airways") İraqın cənubunda yerləşən Ən-Nəcəf şəhərinin beynəlxalq hava limanına reysləri təhlükəsizlik səbəbindən təxirə salıb.

Son.az report.az-a istinadən xəbər verir ki, bu barədə iyulun 14-də şirkətin "Twitter" səhifəsində bildirilib.

İnformasiyaya əsasən, buna səbəb kimi İraqın cənubunda elektrik enerjisinin kəsilməsinə etiraz olaraq yürüşün keçirilməsi göstərilib.

Bildirilib ki, yüzlərlə etirazçı Ən-Nəcəfdə beynəlxalq hava limanına soxularaq şirkətin işini müvəqqəti olaraq iflic edib. Bir müddət sonra güc strukturlarının əməkdaşları hava limanını etirazçılardan azad edib. Polislə aksiya iştirakçıları arasında baş verən toqquşma nəticəsində bir etirazçı ölüb, onlarla mülki insan yaralanıb.