Boksçularımız Ukraynada beynəlxalq turnirdə qüvvəsini sınayacaq


Digərləri 14 İyl 2018 17:09:46 261 0

Boksçularımız Ukraynada beynəlxalq turnirdə qüvvəsini sınayacaq

İyulun 16-da Ukraynanın Odessa şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək.

Bakı. İyulun 16-da Ukraynanın Odessa şəhərində boks üzrə beynəlxalq turnir start götürəcək. 7 gün davam edəcək yarışda Azərbaycan yığması da qüvvəsini sınayacaq. Azərbaycan Boks Federasiyasından Trend-ə verilən məlumata görə, ölkəmiz Semyon Trestinin xatirəsinə həsr olunan A kateqoriyalı turnirə 5 boksçu ilə qatılacaq. Komandamızın baş məşqçisi Leonid Loivski Odessada Ruslan Rüstəmov (64 kq), Lorenso Sotomayor (69 kq), Kamran Şahsuvarlı (81 kq), Rauf Rəhimov (91 kq) və Rahil Məmmədliyə (+91 kq) şans verəcək.