Bərdədə evi yandırılan şəxs: "Qəsdən törədilib"


Digərləri 14 İyl 2018 16:47:00 245 0

Bərdədə evi yandırılan şəxs: "Qəsdən törədilib"

Bərdə rayonunda yaşayış evi yanıb.

Son.az repor.az-a istinadən məlumatına görə, yanğın hadisəsi Güloğlular kəndində qeydə alınıb.

Kənd sakini Abdullajimov Zöhrab Miryusif oğluna məxsus fərdi yaşayış evi yanıb.

Hadisə zamanı ev sahibləri mənzildə olmyıb. Qəfildən başlayan və qısa müddətdə güclənən alov evi tamamilə əhatəsinə alıb. Bir mərtəbədən ibarət olan 4 otaqlı ev əşyaları ilə birlikdə yanaraq kül olub. Qonşular köməyə gəlsə də, yanğın güclü olduğundan alovu söndürmək mümkün olmayıb.

Yanğın zamanı ümumi sahəsi 110 kvadratmetr olan kürsülü evin yanar konstruksiyalarının 45 kvadratmetri tamamilə yanıb. Yanğının söndürülməsinə Bərdə rayon Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edilib. Alov söndürülüb və ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Mənzil sahibi M.Abdullajimovun sözlərinə görə , onlar evdə olamdığı müddətdə baş verən yağın qəsdən törədilib. O iddia edib ki, ev naməlum şəxs, yaxud şəxslər tərəfindən yandırlıb.

Faktla bağlı araşdırma aparılır.