Progres- Qəbələ matçının hakim təyinatları


İdman 14 İyl 2018 16:33:00 267 0

Progres- Qəbələ matçının hakim təyinatları

Qəbələ-nin Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Progres-lə (Lüksemburq) keçirəcəyi görüşün hakimləri açıqlanıb. Goal.az xəbər verir ki, UEFA Qəbələ-nin Progres-lə Lüksemburqdakı oyununu Şimali İrlandiyadan olan hakimlərə tapşırıb. İyulun 19-da olacaq matçı Keyt Kennedi idarə edəcək. Stefen Donaldson və Kristian Fransis Hanna isə köməkçi hakimlər olacaq. Ehtiyat hakim funksiyasını Evan Boys yerinə yetirəcək. Matçın hakim-inspektoru serbiyalı Milan Karaciç, UEFA nümayəndəsi estoniyalı Oleq Xarlamov olacaq. Qəbələ ilk oyunda rəqibinə 0:2 hesabı ilə uduzub.