Bir ölkə sakini hər ay 300 manatlıq məhsullar alır


Digərləri 14 İyl 2018 16:30:00 244 0

Bir ölkə sakini hər ay 300 manatlıq məhsullar alır

2018-ci ilin yanvar-iyun aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,5 faiz üstələyərək 17,1 milyard manata bərabər olub.

Son.az bildirir ki, Dövlət Statistika Komitəsindən Trend.az-a verilən məlumata görə, ticarət dövriyyəsinin 8,5 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 8,6 milyard manatını qeyri-ərzaq məhsulları təşkil etmiş və satılmış məhsulların dəyəri 2017-ci ilin yanvar-iyun aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,9 faiz və 3,1 faiz üstələyib.

Cari ilin birinci yarısında məhsul bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunub:

Məhsul qruplarının adları

Satışdan gəlir, milyon manatla

2017-ci ilin yanvar- iyun aylarına nisbətən, faizlə

Pərakəndə ticarət dövriyyəsi

17 145,9

102,5

o cümlədən:

ərzaq məhsulları

7 743,0

102,0

içkilər və tütün məmulatları

756,0

100,9

toxuculuq məhsulları, geyim və ayaqqabılar

3 095,5

103,1