Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırıldı


Digərləri 14 İyl 2018 15:46:00 278 0

Bakının bəzi küçə və prospektlərində hərəkət məhdudlaşdırıldı

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində Bakı şəhərinin küçə və prospektlərində kompleks tədbirlər həyata keçirilir.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Son.az-a verilən məlumata görə, tədbirlər çərçivəsində hazırda bir neçə ünvanda təmir-tikinti işləri aparılır. Bununla əlaqədar olaraq Bakı-Sumqayıt yolunda Xırdalan dairəsindən üzü şəhər istiqamətində, Ukrayna dairəsində və Ziya Bünyadov prospektində 20 Yanvar dairəsi istiqamətində hərəkət qismən məhdudlaşdırılıb.

Təmir işləri sözügedən istiqamətlərdə hissə-hissə aparılır. İşlərin qrafikə uyğun vaxtında çatdırılması, həmçinin vətəndaşlara minimum narahatlıq yaratmaq məqsədi ilə qısa müddətə yekunlaşdırılması nəzərdə tutulub.

Sıxlığın yaranmaması üçün sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələri tövsiyə olunur.