Borussia fransalı futbolçu transfer edib


İdman 14 İyl 2018 15:50:00 304 0

Borussia fransalı futbolçu transfer edib

Borussia Munchengladbach klubu heyətini yeni futbolçu ilə gücləndirib. Goal.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın Nice klubunun hücumçusu Alassan Pleanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 5 illik müqaviləyə imza atıblar.

Lyon-un yetirməsi olan 25 yaşlı fransalı futbolçu Nice-da 2014-cü ildən çıxış edirdi. O, geridə qalan mövsümdə 35 oyuna çıxıb, 16 qol vurub.